Bu gün 17 iyun - Tibb işçilərinin peşə bayramı günüdür!

Bu əlamətdər gündə Vətən uğrunda canlarında keçən qəhrəman şəhid həkimlərimizi dərin ehtiramla yad edirik!

QHT.az xəbər verir ki, "Zəfər" İctimai Birliyinin təşəbbüsü ilə 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan həkimlərimizə həsr olunan jurnalist-publisist Ramilə Qurbanlının müəllifi olduğu "Şəhid Həkimlər" kitabı nəşr olunub. Kitabda Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan həkimlərimiz - polkovnik leytenant Rasim Abdullayev, kapitan Anar Məmmədov, baş leytenant Nurlan Fərəməzov, baş leytenant Şöhrət Qasımov, leytenant Azər Şəmilov, leytenant Turqut Xəlilbəyli, leytenant Adil Əfəndiyev, leytenant Mirlətif Ağayev, leytenant Tariyel Salmanov və leytenant Aqşin Ənvərlinin ömür yolu qələmə alınıb.