“Afrikada pul kütləsinin azlığı sahibkarlıq üçün böyük potensialdır” - Aslan Əzimzadə
İqtisadçı ekspert və Çin İqtisadçılar Cəmiyyətinin üzvü, iqtisadçı ekspert Aslan Əzimzadə “Afrika Azərbaycan Təhsilatının Afrika Bazarına Çıxış İmkanları” mövzusunda keçirilən tədbirdə çıxış edib.
QHT.az xəbər verir ki, Aslan Əzimzadə bildirib ki, investisiya mövzusunda danışarkən Afrikada pul kütləsinin ümumi daxili məhsula nisbətinin çox az olduğunu nəzərə almaq vacibdir
"Bu azlıq sahibkarlıq sektoru üçün stimuldur, çünki pul kütləsinin az olması ölkənin iqtisadi inkişafı üçün ciddi potensial yaradır. Çin İqtisadçılar Cəmiyyətinin üzvü olaraq, Çin təcrübəsinin öyrənilməsi və tətbiqinin ölkəmizdə iqtisadi idarəetmə mexanizmlərinin təkmilləşdirilməsində mühüm alət kimi çıxış edə biləcəyinə inanır".
Pərvanə Fərhadqızı