Yanvar-aprel aylarında Nazirliyin fəaliyyət sahələri üzrə 201 min e-arayış verilib
Cari ilin 4 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 201 min elektron arayış verilib.
Son illər əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə geniş elektronlaşma proqramı çərçivəsində bir çox e-arayış xidməti yaradılıb.
Bu e-xidmətlər vətəndaşlara iş yeri, əlillik, pensiya, müavinət, təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.