“Hikmət Hacıyevin Brüssel səfəri Azərbaycanın xarici siyasət çevikliyinin göstəricisidir” - Əliməmməd Nuriyev/ FOTOLAR

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Brüsselə səfərinin geosiyasi əhəmiyyətini dəyərləndirib.

QHT.az xəbər verir ki, o bildirib ki, bu səfər Ermənistanla sülh danışıqları və regional gərginlik fonunda Azərbaycanın mövqeyini qabaqlayıcı şəkildə təqdim etmək baxımından xüsusi strateji məna daşıyır:

"Avropa İttifaqının nümayəndəsi Belen Martines Karbonellin “Aİ regionda sülhə sadiqdir” bəyanatı Brüsselin Bakı ilə tərəfdaşlığa verdiyi önəmi göstərir. NATO ilə əlaqələrin genişləndiyi bir vaxtda keçirilən bu səfər, Azərbaycanın enerji və nəqliyyat sahəsində artan rolunu da vurğulayır. Hikmət Hacıyevin Aİ və NATO ilə eyni gündə yüksək səviyyəli görüşlər keçirməsi diplomatik sinxronizasiyanın və xarici siyasətdə peşəkarlığın nümunəsidir. Bu addım həm də Ermənistanın yaydığı dezinformasiyalara qarşı Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə effektiv şəkildə çatdırmaq məqsədi daşıyır".

 

Pərvanə Fərhadqızı