Mediasiya Şurasının sədri ekoloji tədbirdə iştirak edib - FOTOLAR

Mediasiya Şurası İdarə Heyətinin sədri Beynəlxalq Bioloji Müxtəliflik Günü ilə bağlı tədbirdə iştirak edib.

QHT.az xəbər verir ki, 22 may 2025-ci il tarixində "Azerbaijan Fish Farm" və LU-MUN Holdinqin təşkilatçılığı ilə xüsusi tədbir keçirilib.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən ətraf mühitin mühafizəsi istiqamətində qlobal səyləri gücləndirmək üçün 22 may Beynəlxalq Bioloji Müxtəliflik Günü kimi qeyd olunmaqdadır. Bu münasibətlə ardıcıl üçüncü ildir ki, keçirilən tədbir zamanı 100.000 nərə balığı və 20.000 mil dəniz balığı balıqlarının buraxılması ilə əsas məqsəd dənizin mühafizəsi üzrə öhdəliyimizi davam etdirmək və zəngin biomüxtəlifliyi qoruyub saxlamaq olub.

Bu ilki tədbirdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov da iştirak edib. Tədbirdə həmçinin davamlı akvakultural təcrübələr haqqında da məlumat verilib.