Masallı UGİŞM futbol komandası respublika çempionudur

Masallı UGİŞM futbol komandası respublika çempionudur

 

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə məktəblilər arasında mini-futbol üzrə respublika birinciliyinə yekun vurulub.
2014-2015-ci il və daha kiçik təvəllüdlü idmançılar arasında keçirilən birinciliyin final mərhələsində Şirvan, Tovuz, Gəncə, Masallı uşaq-gənclər idman-şahmat məktəblərinin, Lənkəran İOEUGİM və 8 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəblərinin (İOEUGİM) komandaları mübarizə aparıblar. 
Dörd gün (19-22 may) davam edən yarışların yekun nəticələrinə əsasən Masallı UGİŞM komandası birinci, 8 nömrəli İOEUGİM ikinci, Lənkəran İOEUGİM komandası isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar kubok, medal və diplomlarla təltif ediliblər.
Qeyd edək ki, Masallı komandasını yarışlara UGİŞM-nin baş məşqçi-müəllimi Rövşən Süleymanov, məşqçi-müəllimlər Bəhruz Rəhimov və Tayfur İbayev hazırlayıb.
Respublika birinciliyinin keçirilməsində məqsəd məktəblilərin futbol idman növünə marağının artırılması, perspektivli idmançıların aşkarlanmasıdır.

 

Akif AĞAYEV