"Azərbaycan 30 ildə tam suverenliyə nail oldu" - Əliməmməd Nuriyev / VİDEO
2025-ci il — “Konstitusiya və Suverenlik İli” çərçivəsində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin YouTube kanalında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin maraqlı fikirləri təqdim olunub.
Əliməmməd Nuriyev bildirib ki, 1995-ci ilin Azərbaycan Konstitusiyası xalqın hüquqa əsaslanan seçimini əks etdirir. “1995-ci ilin konstitusiyası hüquqa söykənməyi Azərbaycan xalqı tərəfindən seçilməsi göstərdi. Konstitusiya təkcə hüquqi sənəd deyil, o həm də dövlətlə cəmiyyət arasında ictimai etimadın, məsuliyyətin, özünüdərkin davranış çərçivəsidir” — deyə o vurğulayıb.
Əliməmməd Nuriyev əlavə edib ki, həmin dövrdən artıq 30 il keçib və bu müddətdə Azərbaycan tamamilə fərqli bir reallığa qədəm qoyub. “Azərbaycan öz torpaqlarını azad etmişdir. Azərbaycan ərazisi bütövləşmişdir” — sözlərini qeyd edib.
Ətraflı videoda:
Pərvanə Fərhadqızı