UNEC-də dil bacarıqları və qlobal iqtisadi imkanlara dair III Beynəlxalq Forum keçiriləcək
Mayın 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dil bacarıqları və onların iqtisadi perspektivləri mövzusuna həsr olunan III Beynəlxalq Forum təşkil ediləcək.
QHT.az xəbər verir ki, Forum “Language Proficiency and Economic Opportunity: Preparing Students for Globalised Market” (Dil bacarığı və iqtisadi imkan: Qloballaşan bazar üçün tələbələrin hazırlanması) mövzusunda baş tutacaq. Forumda ilk dəfə olaraq Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsinin tərəfdaşlığı ilə çıxış ediləcək. Tədbirdə dil bacarıqları və bu bacarıqların qlobal iqtisadiyyata inteqrasiyada oynadığı rol ətrafında geniş müzakirələr aparılacaq.
Panel müzakirələrində aşağıdakı qonaqlar iştirak edəcək:
-
Professor Hua Yang- Pekin Xarici Dillər Universitetinin dekan müavini,
-
Aqşin Əliyev- UNEC Xarici Dillər Kafedrasının müdiri,
-
Qou Yuyuyan- Konfutsi İnstitutunun doktorantı.
Forumun tərəfdaşları sırasında British Council, Yelo Bank, Coca-Cola, ARTER və digər təşkilatlar yer alır.
Tədbir tələbələrin beynəlxalq əmək bazarına daha hazırlıqlı çıxışı, dil bacarıqlarının inkişafı və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin təşviqi baxımından əhəmiyyətli platforma olacaq.
Pərvanə Fərhadqızı