Uşaq Səfirlər Məclisinin üzvləri Bakı Mühəndislik Universitetində olublar - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Abşeron rayon üzrə nümayəndələri və fəallarının iştirakı, Abşeron Rayon İcra Hakimiyyəti və Təhsil Sektorunun dəstəyi ilə Bakı Mühəndislik Universitetinə səfər təşkil olunmuşdur.

QHT.az xəbər verir ki, səfər zamanı universitetin fakültə və kafedraları ilə tanışlıq həyata keçirilmiş, şagirdlərə müasir tədris mühiti barədə ətraflı məlumat verilmişdir.

Səfərin ən yaddaqalan hissələrindən biri universitetin dekanı və rektoru ilə keçirilən görüş olmuşdur. Təhsil rəhbərləri şagirdlərə düzgün ixtisas və ali məktəb seçimi, həmçinin öz potensiallarını dəyərləndirmək və hədəflərinə fokuslanmaq mövzusunda dəyərli məsləhətlər vermiş, onları gələcəkdə uğurlu karyera üçün motivasiya etmişlər.