Məktəblilər üçün “Uşaq hüquqları və qanunvericilik” mövzusunda məlumat sessiyası keçiriləcək
Hüquq və İnsan Haqları İnstitutu 13-18 yaşlı məktəbliləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaq hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyində təminatı” mövzusunda təşkil ediləcək məlumat sessiyasında iştiraka dəvət edir.
QHT.az xəbər verir ki, tədbir 2 iyun 2025-ci il tarixində saat 15:00-dan 16:00-dək Bakı şəhəri, Hüseyn Cavid prospekti 125 ünvanında yerləşən Akademiya şəhərciyində, Hüquq və İnsan Haqları İnstitutunun II mərtəbəsindəki böyük konfrans zalında keçiriləcək. Sessiyada uşaq hüquqları mövzusunda ətraflı məlumat veriləcək, iştirakçılar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tanış olacaqlar. Tədbirin əsas məqsədi uşaqların hüquq biliklərinin artırılması və hüquqi maarifləndirmə işinin genişləndirilməsidir.
Sessiyada iştirak edən uşaqlar valideynləri ilə birlikdə tədbirə qatıla bilərlər. Tədbir sonunda bütün iştirakçılara xüsusi təşəkkürnamələr təqdim olunacaq.
Qeydiyyat üçün link: https://forms.gle/ma5pKEwHVvCp5Er3A
Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 537-20-73