“Dostluq – dünyanın ən gözəl xəzinəsi” adlı maarifləndirici tədbir təşkil olunub - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndələri və fəalı Mirzəzadə Qəndabın təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin və Təhsil Sektorunun dəstəyi ilə “Dostluq – dünyanın ən gözəl xəzinəsi” adlı maarifləndirici tədbir təşkil olunmuşdur.

QHT.az xəbər verir ki, tədbir çərçivəsində dostluğun əhəmiyyətini vurğulayan maraqlı slayd təqdimatı nümayiş etdirilmiş, eyni zamanda mütəxəssis psixoloq tərəfindən dostluq münasibətləri, uşaqların sosiallaşması və emosional inkişafı mövzusunda əhatəli çıxış edilmişdir.