Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin benefisiarları ölkə birinciliyində mükafatlar qazanıblar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri qadın güləşi üzrə ölkə birinciliyində nailiyyətlər əldə ediblər. 

 

Qadın güləşi üzrə U-15 və U-17-lər arasında ölkə birinciliyində müəssisənin benefisiarları Sara Kərimova üçüncü yerə, İrada Çeredilina ikinci yerə layiq görülüblər.