Füzuli məktəbində mediasiya ilə bağlı maarifləndirici görüş keçirilib - FOTOLAR
Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mediasiya haqqında maarifləndirici tədbirlər planına uyğun olaraq Füzuli rayonu Baxşalı Əliyev adına Əhmədalılar kənd tam orta məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatının direktoru Tahir Balakişiyev, mediator Rahib Məmmədov, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndəsi və məktəbin müəllim heyəti iştirak edib.
Mediasiya sahəsindəki yeniliklərin, ictimaiyyətin bu sahədə yaşaya biləcəyi çətinliklər və onların həlli yollarının müzakirəsi ilə keçən görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.