“Zərif əllərlə minalanmış sahələrdə qəhrəmanlıq” – BAMF-ın qadın mina axtaranları / VİDEO

“Belə-belə İşlər” komandası bu dəfə BAMF (Beynəlxalq Avrasiya Mətbuat Fondu) təşkilatının cəsur qadın mina axtaranlarının əvəzolunmaz fəaliyyətini əks etdirir.

QHT.az xəbər verir ki, bu barədə BAMF prezidenti Umud Mirzəyev məlumat verib. Onun sözlərinə görə, süjetdə mina təhlükəsinə baxmayaraq ərazilərin təhlükəsizləşdirilməsi üçün çalışan qəhrəman qadınların hekayələri diqqət mərkəzinə çəkilir.

"Qəhrəman komandamızla və verdiyimiz töhfəmizlə fəxr edirik!" – deyə Umud Mirzəyev bildirib.

Kadrlarda zəriflikləri ilə bütün çətinliklərə meydan oxuyan, mina axtaran geyimi ilə görünən qadın əməkdaşların sözləri xüsusilə diqqət çəkir:

“Eyni şəkildə, eyni formada kişilərlə birlikdə bu əraziləri gəzir və işləyirik. Qadınlar özləri də soruşurlar: "Qorxmursan? Çəkinmirsən?’"Mən isə cavab verirəm: "Xeyr, qorxmuram!"”

Ətraflı videoda:

 

Pərvanə Fərhadqızı