Şəhid atası öz biznesini qurdu: Özünüməşğulluq proqramı ümid yeri oldu / VİDEO

“Potensial ABAD-çılara dəstək” layihəsi çərçivəsində Masallı rayonunun İskəndərli kənd sakini, şəhid Zeynal Şahhüseynlinin atası Füzuli Şahhüseynov öz biznesini quraraq yeni həyata addım atıb.

QHT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DOST TV və ABAD-ın birgə təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində Füzuli Şahhüseynova zəruri avadanlıqlar təqdim olunub. O, artıq dəmir konstruksiyaların hazırlanması və məişət üçün əl işləri ilə məşğuldur. Yeni biznes sahəsi həm maddi, həm də mənəvi baxımdan ona güc verib. Füzuli Şahhüseynovun sözlərinə görə, bu dəstək şəhid ailəsinə göstərilən diqqətin bariz nümunəsidir və onun üçün böyük mənəvi dayaqdır.

Layihə çərçivəsində qazandığı imkanlardan istifadə edərək həyatını daha müstəqil şəkildə qurmağa çalışan Füzuli Şahhüseynov dövlətin şəhid ailələrinə verdiyi dəyəri yüksək qiymətləndirir.

 

Pərvanə Fərhadqızı