"Aprel" şəhidimiz mayor Rasim Məmmədovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Rasim Məmmədov 1977-ci ilin 20 may günündə Babək rayonunun Cəhri kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 1996-cı ildə Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olan Rasim Məmmədov 2000-ci ildə həmin məktəbi "tank qoşunları komandanı" ixtisası üzrə bitirib. 2000-ci ildən "leytenant" rütbəsində ordu sıralarında xidmət etməyə başlayan Rasim Məmmədova 2015-ci ildə "mayor" rütbəsi verilib. Mayor Rasim Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı 4 aprel tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Rasim Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və II dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!