Əməyin mühafizəsi qaydalarına dair məlumat sessiyası keçirilib - FOTOLAR

Hüquq və İnsan Haqları İnstitutu Mərkəzin əməkdaşları üçün əməyin mühafizəsi qaydalarına dair məlumat sessiyası keçirib.

QHT.az xəbər verir ki, mayın 16-da İnstitut Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin (HEQT Mərkəz) əməkdaşlarına əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməsinə dair məlumat sessiyası təşkil edib. Sessiya Təchizat və təsərrüfat şöbəsinin əməyin mühafizəsi üzrə mühəndisi Nizami Nizamov tərəfindən aparılıb.

HEQT Mərkəzin işçiləri əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə yetirilməsinə müstəqil və səmərəli nəzarətin həyata keçirilməsi qaydaları, eləcə də müəssisədaxili fövqəladə hal baş verdiyi təqdirdə, ilkin olaraq həyata keçirəcəkləri tədbirlər barədə mərhələli şəkildə məlumatlandırılıblar.

İnteraktiv şəkildə keçən məlumat sessiyasından Mərkəzin 18 əməkdaşı yararlanıb.