Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə saz hədiyyə olundu
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin zəngin fonduna yeni və xüsusi əhəmiyyətə malik eksponat əlavə olunub.
QHT.az xəbər verir ki, Türkologiya sahəsində tanınmış alim, professor, vətən həsrətli Həsən Mirzəyə məxsus saz mərkəzə hədiyyə edilib. Bu musiqi aləti professor Mahirə Hüseynova tərəfindən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə təqdim olunub.
Qeyd edək ki, saz hazırda Mərkəzin kitabxana bölməsində, zəngin ədəbiyyat kolleksiyasının arasında sərgilənir. Bu hədiyyə həm tarixə, həm də milli-mənəvi dəyərlərə olan ehtiramın bariz nümunəsi kimi qiymətləndirilir.
Pərvanə Fərhadqızı