Vüqar Bayramov: "DSMF-in xərcləri 231 milyon manat artıb"

Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2025-ci ilin ilk 4 ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 231 milyon manat daha çox vəsait xərcləyib.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, ümumilikdə bu dövrdə fondun xərcləri 2 milyard 501 milyon manat təşkil edib:

"Bu artım yeni sosial paketin icrası və 17 500-dən çox şəxsə pensiya təyinatı ilə əlaqələndirilir. Qeyd olunur ki, 2025-ci il üçün fondun ümumi xərcləri 7 milyard 676 milyon manat olaraq proqnozlaşdırılıb ki, bu da əvvəlki illə müqayisədə 10% artım deməkdir. Eyni zamanda, DSMF-in gəlirləri də artaraq 2 milyard 715 milyon manata çatıb və bu, proqnozla müqayisədə 13% çoxdur".

 

Pərvanə Fərhadqızı