"18 May - Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Balakən rayonu üzrə regional nümayəndəsi İsayev Çingizin təşəbbüsü, Balakən rayon Tarix-Diyarşünaslıq muzeyinin dəstəyi ilə "18 May - Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə muzeylərin önəmindən, cəmiyyətin inkişafındakı mövqeyindən danışılıb. Tədbir regional nümayəndənin və fəalların musiqili ifaları ilə başa çatıb.