Yanvar-aprel aylarında əlilliyi olan şəxslərə 44,5 min reabilitasiya vasitəsi verilib

Reabilitasiya Agentliyi tərəfindən cari ilin 4 ayı ərzində əlilliyi olan şəxslərə 44,5 min reabilitasiya vasitəsi verilib.

 

Onlardan 3,5 mindən çoxu  təkərli oturacaq (o cümlədən 39-u mühərrikli təkərli oturacaq), 897-si aşağı və yuxarı ətraf protezi, 2 mindən çoxu əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

 

Həmçinin əlilliyi olan şəxslərə 3,3 min cüt protez və ortopedik ayaqqabı, 500-dən çox eşitmə aparatı, korset və s. reabilitasiya vasitələri təqdim olunub.

 

Yanvar-aprel aylarında əlilliyi olan 6,3 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib