Blogger milyon dollarlıq kompüter qurur və pi hesablamaqda dünya rekordu qoyur - VİDEO

Linus Tech Tips komandası 300 trilyon onluq yerləri hesablaya bildi ki, bu da onlara 190 gün çəkdi.

QHT.az xəbər verir ki, dünyanın ən böyük texnoloji bloqçularından biri olan Linus Tech Tips komandası pi ədədini onluq nöqtədən sonra 300 trilyon rəqəmə qədər hesablayaraq yeni dünya rekordu müəyyən edib. Bu, əvvəlki qlobal rekord olan 200 trilyon rəqəmi xeyli geridə qoyur. Əsas çətinlik hesablama gücündən çox, məlumatın saxlanması idi. Nəticəni saxlamaq üçün təxminən 2,2 petabayt (2200 TB) yaddaş tələb olundu. Layihənin büdcəsi təqribən 1 milyon dollar təşkil edib və əsas xərclər yüksək sürətli yaddaşa və server infrastrukturuna yönəlib.

190 gün davam edən fasiləsiz hesablama prosesi zamanı komanda bir sıra texniki çətinliklərlə – elektrik kəsintisi və soyutma problemləri ilə qarşılaşıb. Elektrik xərcləri isə 6 min dollar civarında olub. Linus və həmkarı Ceyk qeyd edirlər ki, bu rekord uzunömürlü olmaya bilər, çünki texnologiyaya maraqlı və resurslu yeni iştirakçılar bu sahəyə daxil ola bilər.

Hazırda isə rekord onlara məxsusdur və texnologiya tarixinə mühüm bir iz buraxıblar.

 

R.imanov