Millət vəkili: “İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Koalisiya ilə çox sıx əməkdaşlıq edir”

Mayın 16-da Milli Məclisin yaz sessiyasında keçirilən plenar iclasda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ilə dair illik məlumatı dinlənilib.

QHT.az xəbər verir ki, Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü il üzrə illik məlumatı ilə bağlı çıxış edən millət vəkili Azər Allahverənov bu sənədi yüksək dəyərləndirdiyini və bu səbəbdən dəstəkləyəcəyini qeyd edib.
Azər Allahverənov çıxışında bildirib:
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi həm də çox sıx şəkildə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası ilə əməkdaşlıq edir və burada təbii ki,  bir neçə dəfə səsləndi koalisiya üzvü olan təşkilatların fəaliyyəti də burada vurğulandı. Bəli, olduqca vacib məsələdir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi həm də çox sıx şəkildə bu koalisiya ilə əməkdaşlıq edir və burada təbii ki, Daxili işlər naziri cənab Vilayət Eyvazovun böyük rolu var.”
Ətraflı videoda