Füzulidə Mediasiya ilə bağlı maarifləndirici görüş keçirilib - FOTOLAR

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mediasiya sahəsində maarifləndirici tədbirlər planına uyğun olaraq Cəbrayıl 1 saylı Mediasiya Təşkilatı və Füzuli rayonu 59 saylı tam orta məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Cəbrayıl 1 saylı mediasiya təşkilatının mediatoru Rahib Məmmədov və məktəbin müəllim heyəti və şagirdlər iştirak edib.

Mediasiya sahəsindəki yeniliklərin, ictimaiyyətin bu sahədə yaşaya biləcəyi çətinliklər və onların həlli yollarının müzakirəsi ilə keçən görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.