Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin nümayəndə heyəti ADPU-da qonağı olub - FOTOLAR
Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) nümayəndə heyəti ilə görüş keçirilib.
QHT.az xəbər verir ki, Universitetimizin qonaqları arasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu sədri Şamil Ayrım, Türkiyə-ŞKTC Parlamentlərarası Dostluq Qrupu sədri Orhan Erdem, Şərqi Akdeniz Universiteti (ŞAU) Vakıf İdarə Heyətinin rəhbəri Dr. Erdal Özcenk, ŞAU Rektoru Prof. Dr. Hasan Kılıç, həmçinin ŞKTC Prezidentinin Siyasi İşlər üzrə müşaviri və ŞAU Vakıf İdarə Heyətinin üzvü Anıl Kaya yer alıb.
Görüş zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil strategiyası, beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti və perspektivləri barədə ətraflı məlumat verilmişdir. Tərəflər arasında ali təhsil, tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.
ADPU rəhbərliyi və nümayəndə heyəti arasında baş tutan bu görüş, qardaş ölkələr arasında təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir addım kimi dəyərləndirilmişdir.