Mediatorlar üçün maarifləndirici təlim keçirilib - FOTOLAR

12 may 2025-ci il tarixində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında distant formada mediatorlar üçün maarifləndirici təlim təşkil edilib.

QHT.az xəbər verir ki, təlim 3 saat olmaqla, mediasiya prosesinə xitam verilməsi qaydaları, mediasiya prosesinin nəticələri barədə protokolun tərtib edilməsi və mülki prosesdə mediasiya məsələləri mövzularını əhatə edib. Təlim Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Bayramov, Vəkillər Kollegiyasının üzvü, Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyəti sədrinin müavini, ADA Universitetinin müəllimi Natavan Rüstəmova, Şirvan Apellyasiya Məhkəməsinin hakimi, Mülki kollegiyanın sədri İlham Əsədov tərəfindən tədris edilib.

Təlimdə 63 nəfər kişi, 29 nəfər qadın olmaqla, 92 nəfər mediator iştirak edib.

Təlim diskussiya formasında aparılıb və sonda mediatorları maraqlandıran suallar cavablandırılıb.