QHT Ümummilli Liderin 102 illiyini qeyd etdi - FOTOLAR
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin iştirakı ilə ölkənin müxtəlif regionlarında tədbirlər keçirilib.
QHT.az xəbər verir ki, bu çərçivədə könüllülər Heydər Əliyev Fondu tərəfindən hazırlanan və Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş “İZ” sənədli filmini izləyib, onun həyat fəaliyyəti, siyasi yolu və regionlara səfərləri barədə məlumatlandırılıb, “Kim? Nə? Harada?” intellektual oyunlarında iştirak ediblər.