Qobustan şəhəri üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

Qobustan 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Qobustan 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir.

QHT.az xəbər verir ki, Qobustan 1 saylı mediasiya təşkilatına Qobustan, Şamaxı və Xızı rayonu üzrə vətəndaşlar müraciət edə bilər. Qeyd edək ki, 13 may 2025-ci il tarixindən etibarən Qobustan 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayıb.

Qobustan 1 saylı mediasiya təşkilatının məlumatları :

  • Ünvan: Qobustan şəhəri, Heydər Əliyev prospekti 272
  • Email: [email protected]
  • Telefon: +994 (50) 565 11 50