Venera və ya Mars deyil: Alimlər Yerə ən yaxın planeti müəyyən ediblər
Bu planetə təxminən beş saata çatmaq olar.
QHT.az xəbər verir ki, NASA və ABŞ Ordusunun alimləri "nöqtə dairəsi metodu" ilə Yerə ən yaxın planetin əslində Venera yox, Merkuri olduğunu müəyyən ediblər. Bu üsul planetlərin zamanla orta məsafəsini ölçür və Merkuri, Günəş ətrafında daha sürətli dövr etdiyindən, Yerlə eyni tərəfdə daha çox vaxt keçirir.
Tədqiqat göstərib ki, Merkuri təkcə Yerə yox, bütün planetlərə orta hesabla ən yaxın planetdir. Yerin Merkuri ilə ən yaxın məsafəsi 77 milyon km-dir. Hətta bəzi kosmik zondlar bu məsafəni beş saata qət edə bilir. Planetdə ekstremal temperatur (-173°C-dən +427°C-yə qədər) və atmosferin olmaması insan kəşfiyyatını çətinləşdirir, amma robot missiyalarla araşdırmalar davam edir.
R.İmanov