“Bilim Maarif” atelyesinin açılışı olacaq

Türkiyə Maarif Vəqfi və “T3 Vəqfi”nin ortaq əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik kampusu”nda yaradılmış “Bilim Maarif” atelyesinin açılış proqramı keçiriləcək.

 

QHT. az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, açılış mərasimində Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) direktorlar şurasının sədri Elvan Kuzucu və səfir cənab Birol Akgün də iştirak edəcək

 

Açılış mərasimi 14 may tarixində, Azərbaycan Beynəlxalq Maarif Məktəbləri – Gənclik kampusunda, Bakı şəh., Nərimanov ray., Məmməd Araz küç. 68 ünvanında baş tutacaq.