Cəbrayıl mediasiya təşkilatının rəhbərliyi ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib - FOTOLAR

Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Cəbrayıl 1 saylı mediasiya təşkilatının rəhbərliyi ulu öndərin abidəsini ziyarət edib.

QHT.az xəbər verir ki, Mediasiya Şurasının nümayəndələri Heydər Əliyevin xatirəsinə dərin ehtiramlarını bildirərək abidə önünə gül dəstələri qoyublar. Tədbir iştirakçıları ümummilli liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquq sisteminin inkişafı və ictimai-siyasi sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərini xatırlayıblar.

 

Pərvanə Fərhadqızı