Qlobal Cənub QHT Platforması konfransının könüllüləri ilə görüş keçirilib - FOTOLAR

2025-ci il mayın 8-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində 28-29 aprel tarixlərində “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” mövzusunda keçirilmiş beynəlxalq konfransın təşkilində yaxından iştirak etmiş könüllülərlə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüş zamanı Agentliyin İcraçı direktoru Aygün Əliyeva könüllülərə Agentliyin əsas fəaliyyət istiqamətləri, vətəndaş cəmiyyətinin inkişafında könüllülərin rolu və beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat verib.

Daha sonra könüllülərin tədbir haqqında təəssüratları dinlənilib, müzakirələr aparılıb.

Sonda fəaliyyəti ilə fərqlənən könüllülərə təşəkkürnamələr təqdim edilib.