Bakının 322 nömrəli tam orta məktəbinin şagirdləri BDU-nu ziyarət ediblər

Bakının Buzovna qəsəbəsində yerləşən 322 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri Bakı Dövlət Universitetini (BDU) ziyarət ediblər.

QHT.az xəbər verir ki, şagirdlər BDU-nun Heydər Əliyev muzeyi, Heydər Əliyev lektoriyası, Təkamül muzeyi, Universitetin unikal layihəsi olan “EKO Məkan”da olub, Mexanika-riyaziyyat fakültəsində tədris prosesini izləyiblər. Şagirdlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, müasir dövrün tələbləri və karyera imkanları nəzərə alınaraq, tələbələr üçün hər cür şərait yaradılıb. Universitetin müasir tədris metodları, informasiya texnologiyaları sahəsində tətbiq etdiyi yeniliklər, BDU-nun “TEKNOFEST” və “Robotex” komandalarının beynəlxalq uğurları da diqqətə çatdırılıb.

Sonda şagirdlər BDU-nun yeni təmir olunmuş 2 saylı tədris binasında yaradılan şəraitlə tanış olublar.