Xalq yazıçısı Çingiz Abdullayev oxucuları ilə görüşəcək

Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Xalq yazıçısı Çingiz Abdullayevin oxucuları ilə görüşü və imza saatı keçiriləcək.

QHT.az xəbər verir ki, tədbir 17 may tarixində saat 15:00-da Gənclik Mall-da yerləşən LİBRAFF kitab mağazasında baş tutacaq. Görüş zamanı oxucular tanınmış yazıçı ilə söhbət etmək, onun əsərləri haqqında fikir mübadiləsi aparmaq və müəllifdən imzalı kitab əldə etmək imkanı qazanacaqlar.

Qeyd edək ki, tədbir TEAS Press və LibrAFF kitab mağazasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

 

Pərvanə Fərhadqızı