Dünyada İT mütəxəssisləri kütləvi şəkildə işdən çıxarılır - FOTO
Təkcə aprel ayında 23 minə yaxın İT mütəxəssisi işdən çıxarılıb.
QHT.az xəbər verir ki, süni intellekt İT sektorunda ixtisarları artırır.
2025-ci ilin əvvəlindən dünya üzrə 52 min İT işçisi işdən çıxarılıb, bunun 23 mini təkcə aprel ayında baş verib. Mütəxəssislər əsas səbəbin süni intellektin kod yazmaq və test etmək kimi rutin proqramlaşdırma işlərini əvəz etməsi olduğunu bildirirlər.

2025-ci ildə İT mütəxəssislərinə tələb azalmaqda davam edir
Microsoft artıq kodun 30%-ni AI-nin yazdığını və bu rəqəmin 2030-cu ildə 95%-ə çatacağını açıqlayıb. Bu tendensiya yalnız yeni başlayanları deyil, təcrübəli mütəxəssisləri də əhatə edir. Ekspertlər hesab edir ki, proqramçılar operativ mühəndislik kimi yeni sahələrə yönəlməlidir.
R.İmanov