Nadir Adilov: "Mümkünsüzü mümkünə çevirmək yolundayıq"
Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucun "Mümkünü mümkünsüzə çevirmək insanın öz əlindədir" fikrindən ilhamlanan müzakirələr çərçivəsində dövlət və cəmiyyət üçün faydalı nəticələrə gətirib çıxara biləcək yeni bir təşəbbüsün əsası qoyulub.
QHT.az xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun bildirdiyinə görə, bu yolda əzmlə irəliləmək qərara alınıb:
"Biz də dəyərli Zahid müəllimin bu sloqanından yola çıxaraq bu gün dövlətimiz və cəmiyyətimiz üçün gözəl nəticələrə səbəb olacaq çıxdığımız yolun davamını qət etməyə qərar verdik. Bu günkü gözəl müzakirələrdə bizimlə bərabər iştirak edən Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının rəhbəri Ramiz İsayevə, Azərbaycan Qiymətləndiricilər Palatası nın Rəyasət heyətinin sədri, Nüsrət İbrahimova, Bakı 6 saylı mediasiya təşkilatımızın rəhbəri Tural Sahbazova və Tikinti İstehsalçıları Assosiasiyası sədrinin hüquq məsələləri üzrə müşaviri Vekil Anar N. Rzayev Anar Rzayevə dərin təşəkkür edirik."
Pərvanə Fərhadqızı