Sadiq Qurbanov: “İran İslam Respublikası ilə münasibətlər bizim üçün çox zəruridir” 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatı şərh edərkən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov saytımıza açıqlamasında qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin inkişafında bəzi hallarda problemlər olsa da Azərbaycan regionda beynəlxalq hüququn prinsiplərinin bərqərar olmasının tərəfdarıdır.

Prezident İlham Əliyev qeyd etdiyi kimi İran İslam Respublikası ilə münasibbətlərdə mehriban qonşuluq münasibətlərinin qorunması çox vacibdir. Şübhəsiz ki İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirləri müsbət tendensiya kimi qiymətləndirməliyik.