"Erkən nikahlarla mübarizə ailədən başlamalıdır" – İlqar Hüseynli
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli erkən nikahlarla bağlı həyata keçirilən maarifləndirici təşəbbüsləri yüksək qiymətləndirib.
O, QHT.az-a açıqlamasında bildirib ki, bu sahədə yaradılan kiçik səhnələşdirilmiş təşviqat materialı diqqətəlayiqdir və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıb:
“Erkən nigahlarla mübarizədə bütün vasitələrdən istifadə olunmalıdır. Bu kiçik səhnələşdirilmiş təşviqat materialını bəyəndim. Davam etmək lazımdır bu işləri. Cəmiyyətin bütün təbəqələri erkən nigahla mübarizə aparmalıdır və proses ilk öncə hər bir ailənin içindən başlamalıdır!” – deyə İ.Hüseynli bildirib.
QHT sədri bildirib ki, erkən nikahlarla mübarizə yalnız hüquqi deyil, eyni zamanda sosial və psixoloji müstəvidə də kompleks yanaşma tələb edir, bu baxımdan, vətəndaş cəmiyyətinin təşəbbüsləri və maarifləndirmə fəaliyyətləri mühüm rol oynayır.
Pərvanə Fərhadqızı