Bakı 21 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır

1 may 2025-ci il tarixindən etibarən Bakı 21 saylı mediasiya təşkilatı rəsmi fəaliyyətə başlayır.

QHT.az xəbər verir ki, təşkilat, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə tam uyğun hesab edildikdən sonra Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Şuranın üzvlüyünə qəbul olunub və mediasiya təşkilatları reyestrinə daxil edilib.

Yeni təşkilat Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərəcək və vətəndaşların hüquqi mübahisələrinin sülh yolu ilə, məhkəməyə müraciət etmədən həll olunmasına dəstək verəcək. Bu addım vətəndaşlar üçün daha əlçatan və çevik hüquqi həll mexanizminin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

  •  Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi 16C (Cırtdan Parkın yanı)
  •  Email: [email protected]
  •  Telefon: +994 (10) 250 57 10