Tramp Papa olmaq istədiyini zarafat etdi
ABŞ prezidenti daha sonra Papa ola biləcəyinə inandığı bir arxiyepiskopu təyin etdi.
QHT.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp zarafatla Papa olmaq istədiyini bildirib. Aprelin 29-da jurnalistlərlə söhbətində o, “Mən Papa olmaq istərdim, bu, mənim bir nömrəli seçimim olardı” deyə gülümsəyib. Daha sonra Tramp Nyu-York arxiyepiskopu Timoti Dolanı da pontifik vəzifəsinə mümkün namizəd kimi qeyd edib. Dolan gələn həftə Vatikanda başlayacaq konklavda iştirak edəcək 9 Amerika kardinalından biridir, lakin The Times onun Papa seçilmə şansının az olduğunu yazır.
Tramp, selefi Co Baydendən fərqli olaraq, katolik deyil. O, uşaqlıqda anasının Presviterian kilsəsində təsdiqlənib, 2020-ci ildə isə özünü qeyri-məzhəbli xristian adlandırıb. 2024-cü il seçki kampaniyası zamanı bir sui-qəsd cəhdindən sağ çıxandan sonra Tramp inancı barədə daha çox danışmağa başlayıb. Aprelin 26-da Tramp və həyat yoldaşı Melaniya Roma Papası Fransisklə vida mərasimində iştirak ediblər. Tədbirdə o, protokol qaydalarını pozaraq qara deyil, mavi kostyum geyinib. Mərasim çərçivəsində Tramp Roma Papasının dəfnində iştirak edən Ukrayna prezidenti Zelenski ilə qısa görüş də keçirib.
R.İmanov