"Startup School 3" layihəsinin növbəti infosessiyası baş tutdu - FOTOLAR
"Startup School 3" layihəsinin növbəti infosessiyası Bakı Dövlət Universitetində baş tutub.
QHT.az xəbər verir ki, Enterprise Azerbaijan portalının rəhbəri İsa Qasımov (Isa Qasimov) layihə çərçivəsində icra olunan "Yaşıl və Rəqəmsal İpək Yolu" beynəlxalq akselerasiya proqramı barədə ətraflı məlumat verib. O bildirib ki, proqramın əsas məqsədi yaşıl və rəqəmsal inkişaf sahələrində fəaliyyət göstərən startapları dəstəkləmək, innovasiya ekosistemində yeni təşəbbüslərə yol açmaq, regional əməkdaşlığı gücləndirmək və investisiya imkanlarını artırmaqdır.