İspaniya və Portuqaliya elektrik təchizatını bərpa edir və elektrik kəsilməsinin səbəbini axtarır

Pireney yarımadasında baş verən kütləvi elektrik kəsintisindən sonra İspaniyanın materik ərazisinin 87,37%-nə enerji təchizatı bərpa olunub. 

QHT.az xəbər verir ki, Baş nazir Pedro Sançes ötən axşam enerjinin yarısının bərpa edildiyini bildirmişdi və işçilərin bəzilərinin evdə qalmalı olacağını qeyd etmişdi. Elektrik kəsilməsinin səbəbi hələ də araşdırılır. Sançes bildirib ki, "heç bir fərziyyə istisna edilmir".

Kəsinti Balear və Kanar adalarından başqa bütün ölkəyə təsir edib. Portuqaliya tərəfi isə hadisənin səbəbinin nadir atmosfer hadisəsi ola biləcəyini istisna etmir. Sançesin sözlərinə görə, 15 giqavat enerji beş saniyə ərzində sistemdən itmişdi.

 

R.İmanov