“Bu, Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biridir” - Zaur İbrahimli / FOTOLAR
Bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirildi.
QHT.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli bildirib ki, bu mühüm təşəbbüs Azərbaycan Prezidenti cənab İlham Əliyevin strateji baxış və yanaşmasının beynəlxalq səviyyədə dəstəklənməsinin təzahürüdür:
"Bu baxış Qlobal Cənubu təmsil edən nüfuzlu QHT-lər tərəfindən qətiyyətlə dəstəkləndi. Dəfərlə Azərbaycan Prezidentinin mesajları təhil edildi və bu baxışın, həm də Qlobal Cənub QHT Platformasının perspektivinin müəyyənləşməsində əsas olduğu bildirildi. Azərbaycan Prezidneti bəyan etdi ki, Qobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır".
Zaur İbrahimli qeyd edib ki, Bakı artıq Qlobal Cənubun siyasətçiləri, diplomatlarını deyil, QHT nümayəndlərini də birləşdirəxəl, qlobal gündəliyin aktual məsələləri ilə əlaqədar fəaliyyəti, təşəbbüsləri əlaqələndirəcək. Yeni Platforma Qlobal Cənub QHT-lərin təşəbbüslərinin əsas müstəvisinə çevriləcək:
"Bu ölkəmizin Şimal və Cənub arasında dialoq yaratmaq, körpü rolunu oynamaq, ortaq nöqtələr tapmaq missiyasını, siyasətini tamamlayacaq. Həmçinin Azərbaycan QHT-lərinin dünyaya çıxışı, açılması, beynəlxalq əməkdaşlığı üçün çox böyük imkanlar açır. Obrazlı ifadə etsək, birbaşa çıxış, "yaşıl dəhliz" verir. Bu bizə çox böyük fürsətlər verəcək ki, ölkəmizi tanıdaq, sevdirək, öyrənək, dünyanı daha yaxşı tanıyaq. QHT-lərimiz xüsusən yeni Platforma vasitəsilə iqlim dəyişikliklərinin idarəedilməsi, iqlim ədaləti, dayanıqlı inkişaf, DİM-lərə nail olunması sahəsində daha təcrübəli Qlobal Cənub QHT-lərindən daha asan öyrənə biləcəklər, təcrübə mübadiləsi asanlaşacaq".
Zaur İbrahimli əlavə edib ki, Qlobal Cənub QHT Platformasının Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Bakıda təsis olunması Azərbaycanın moderator, əlaqələndirci roluna yüksək etimaddır. Onun sözlərinə görə, Milli QHT Forumunun sədri Ramil İskəndərli Platformanın təsis edilməsi qərarını elan edəndə, bütün zal ayaqüstə alqışladı:
"Bu alqışlar, eyni zamanda böyük zəhmətin, fədakar xidmətin nəticəsi sayıla bilər. Bu, həmçinin son illər yeni inkişaf mərhələsinə keçid edən Azərbaycan vətəndaş cəmiyyətinin, bu siyasəti həyata keçirən dövlət qurumlarının, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tarixi nailiyyətidir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti artıq qlobal təşəbbüsləri dəstəkləmək, xarici siyasətimizin prioritet məsələlərində dövlət siyasətini gücləndirilmısinə qədər inkişaf edib, yeni keyfiyyət qazanlb və mahiyyət əldə edib. Azərbaycan QHT-lərinin təşəbbüsü ilə bu cür qlobal VCT platformasının yaradılmasını müstəqillik dövründə Azərbaycan vətəndaş cəmiyyətinin ən böyük uğurlarından biri, bəlkə də birincisi kimi dəyərləndirə bilərik. Artıq inamla deyə bilərik ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən, qayğısı, diqqəti ilə dəstəklənən QHT-lərin inkişafı siyasətinin uğurları ilə qürur duya bilərik. Bu tarixi uğur və hadisə münasibıtilə Azərbaycan QHT-lərini təbrik edirəm".
Pərvanə Fərhadqızı