Qəhrəman şəhidimiz Fizuli Salahovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Fizuli Salahov 28 aprel 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı təqdim edilib. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Fizuli Salahov 13 dekabr 2017-ci il tarixində cəbhənin Füzuli istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Fizuli Salahov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 2-ci dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!