"Uşaq hüquqları" adlı tədbir keçirilib - FOTOLAR

Uşaq Səfirlər Məclisinin Beyləqan rayonu üzrə nünayəndəsi Kazımlı Nəzrinin təşəbbüsü, F.Miriyev adına 3 nömrəli tam orta məktəbin dəstəyi ilə "Uşaq hüquqları" adlı tədbir keçirilib.

QHT.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçılarına uşaq hüquqları və onların müdafiəsi haqqında məlumat verilib. Qəbul olunmuş qanunlar, konvensiyalar, dövlət tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyəti haqqında danışılıb, davranış qaydalarına dair hüquqi maarifləndirməni əks etdirən təqdimatlar olunub. “Uşaq hüquqları haqqında” BMT konvensiyası, uşaq hüquqları və azadlıqları, uşaq və ailə, uşaq və cəmiyyət mövzularında maarifləndirici məlumatlar diqqətə çatdırılıb.

Tədbirin məqsədi uşaq hüquqlarının qorunması mexanizminin yaxşılaşdırılması, bu hüquqların müdafiəsinin daha effektiv təmin olunması, məktəblilər arasında hüquqi maarifləndirmənin aparılması olub.