İngiltərədə "Dünyanın İlk" Sualtı Attraksionu açılacaq

Yeni müəssisədə sualtı muzey, üzgüçülük məktəbi və kvest otaqları olacaq.

QHT.az xəbər verir ki, Böyük Britaniyada uşaqlar üçün ilk sualtı muzey açılır. Şimali Uelsdə yerləşən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Vivian karxanasında unikal sualtı attraksion yaradılır. “The Sun”un məlumatına görə, bu, 10 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan dünyada ilk sualtı muzey olacaq. Mərkəzə muzey, dalğıc məktəbi və texnologiyalarla təchiz olunmuş kvest otaqları daxildir. Ziyarətçilər 19 metr dərinlikdə yerləşən tərk edilmiş binalar, mədən avadanlıqları və hətta bomba sığınacağını kəşf edəcəklər.

Kvest otaqları 40 dəqiqəlik interaktiv oyun təcrübəsi təqdim edəcək, dalğıc akademiyasında isə qonaqlar əsas akvalans bacarıqlarını öyrənə biləcəklər.

 

R.İmanov