"Gözləri açıq idi": həkim Papanın son saatlarından danışır

Həkimin sözlərinə görə, pontifik tibb müəssisəsinə aparılsaydı belə, orada yolda dünyasını dəyişəcəkdi.

QHT.az xəbər verir ki, Papa Fransisk Pasxa Vatikanın Santa Marta iqamətgahında vəfat edib. Həkimi Dr. Sergio Alfieri bildirib ki, pontifik komada, gözləri açıq vəziyyətdə tapılıb, lakin cavab verməyib və tezliklə dünyasını dəyişib. Həkimin sözlərinə görə, bu, “bir saat içində səni aparan” ağır insultlardan biri olub və onu xilas etmək mümkün olmayıb.

Papa ölümündən bir gün əvvəl Pasxa nitqi ilə çıxış edib və ABŞ vitse-prezidenti C.D. Venslə görüşüb. Vatikan onun ölüm səbəbini insult və geri dönməz ürək çatışmazlığı kimi açıqlayıb. Papa Fransisk dəfn yeri olaraq Müqəddəs Pyotr Bazilikasını deyil, Santa Maria Maggiore Bazilikasını seçib. Ukrayna Prezidenti Zelenskinin vida mərasimində iştirak edəcəyi gözlənilir.

 

R.İmanov