Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin I rübü ərzində 10 beynəlxalq mükafata layiq görülüb - FOTOLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci ilin I rübü ərzindəki fəaliyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilib.
QHT.az xəbər verir ki, cari ilin I rübündə Xidmət dünyanın ən nüfuzlu beynəlxalq müsabiqələrində 10 mükafata layiq görülüb. Onlardan 3-ü ABŞ-də, 5-i Böyük Britaniyada, 2-si isə Hindistanda keçirilən beynəlxalq müsabiqələrdə əldə edilib. Xidmət əmək münasibətləri və bu sahədə rəqəmsallaşma, maarifləndirici videoçarxların hazırlanması və digər istiqamətlər üzrə fərqlənərək adını qaliblər sırasına yazdırıb.
Qeyd edək ki, Xidmət 2024-2025-ci illərdə ümumilikdə, 38 beynəlxalq mükafata layiq görülüb.