"Azərbaycan-Çin iqtisadi əməkdaşlığı genişlənir, ticarət dövriyyəsi artıb" - QHT sədri

"Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələr dinamik inkişaf edir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 3,7 milyard dollara çataraq, əvvəlki illə müqayisədə 20,7% artım göstərib. Hazırda Çin, Azərbaycanın əsas idxal tərəfdaşlarından biridir – ölkəyə gətirilən malların 17,8%-i bu ölkənin payına düşür".

QHT.az xəbər verir ki, bu sözləri “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, bununla yanaşı, Azərbaycanın Çinə ixracı ötən il 80,5% azalaraq cəmi 14 milyon dollar təşkil edib. Bu isə ticarət balansında ciddi fərqi göstərir:

“Yaşıl” əməkdaşlıq və texnologiya sahəsində strateji tərəfdaşlıq güclənir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən forumda çıxışı zamanı vurğulayıb ki, Çin şirkətləri ilə bir sıra sahələrdə, xüsusilə “yaşıl” enerji, ekoloji nəqliyyat və Günəş panelləri üzrə əməkdaşlıq nəzərdə tutulur. Artıq ilk Çin istehsalı olan “yaşıl” avtobuslar bu il istifadəyə veriləcək. Hər iki ölkə “Bir kəmər, bir yol” təşəbbüsündə fəal iştirak edir. Orta Dəhlizin inkişafına qoyulan sərmayələr gələcəkdə Azərbaycanı bölgənin əsas nəqliyyat mərkəzinə çevirməyi hədəfləyir. ABŞ-ın Çin mallarına tətbiq etdiyi tariflər də bu əməkdaşlığın daha da dərinləşəcəyini göstərir. Azərbaycan və Çin arasında iqtisadi, texnoloji və nəqliyyat sahəsində əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək".

 

Pərvanə Fərhadqızı