Alimlər ən aqressiv virus və bakteriyaları məhv edə bilən boya icad ediblər

Boyanın tərkibində diş müalicəsində tez-tez istifadə edilən məşhur bir dərman olan xlorheksidin var.

QHT.az xəbər verir ki, İngiltərənin Nottingem Universitetinin tədqiqatçıları qrip, COVID-19, E. coli və stafilokokk kimi təhlükəli mikroorqanizmləri məhv edən antimikrobiyal boya icad ediblər.

Xüsusiyyətlər:

  • Əsas komponent: dezinfeksiyaedici xlorheksidin.

  • Toxunuşla silinmir, təsirini uzun müddət saxlayır.

  • Bakteriyaların və virusların səthdə çoxalmasının qarşısını alır.

  • Ətraf mühitə zərərsizdir.

Boya plastik və metal səthlərdə təsirli olub, xüsusilə xəstəxanalar, nəqliyyat vasitələri və ictimai məkanlar üçün nəzərdə tutulub.

Tədqiqatın rəhbəri Felicity de Cogan bu innovasiyanı "oyun dəyişdirici" adlandırıb və qeyd edib ki, bu material infeksiyalarla mübarizədə mövcud vasitələrdən daha davamlı və təhlükəsizdir.

 

R.İmanov